Gözləyin...
Bələdiyyə xəbərləri 02-05-2024 1142

Şəhid Həsənov Ceyhun Aydın oğlunun xatirəsi əbədiləşdirildi: büstü qoyuldu.

Qarabağ müharibəsindən söz düşəndə birinci olaraq vətən müharibəsi qəhrəmanları, şəhidlər və qazilər yada düşür. Bu qəhrəmanlar, şəhidlər və qazilər torpağı vətən, vətəni bütöv edənlərdilər. Qırx dörd günlük vətən müharibəsi Azərbaycan xalqına zəfər sevinci bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarınıda hər kəsə tanıtdı. Necə-necə igid oğullarımız Vətən uğrunda haqq savaşının iştirakçısı,şəhid və ya qazi oldular.Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını,onun  üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümaiş etdirdi. Belə qəhrəman vətən övladlarından biri şəhid Həsənov Ceyhun Aydın oğludur. Ceyhun vətənə sevgi, düşmənə nifrət ruhunda böyümüşdür. Bütün arzularının zirvəsində Qarabağımızın azadlığı dururdu. Ceyhun ölməyib sevdalandığı vətən adlı torpağa qovuşub. İndi o qalib ölkənin əbədi vətəndaşı olaraq təkcə doğmalarının yox, canında üstün tutduğu Azərbaycana əzizdir. Vətən muharibəsi qəhrəmanı şəhid Həsənov Ceyhun Aydın oğlunun adına olan Xətai rayon Xətai Bələdiyyəsinin İnzibati ərazisində yerləşən 48 saylı məktəbin həyətində onun büştünün qoyulması və ətrafında 150 kv m ərazinin abadlaşdırılaraq qazon örtüyü ilə yaşıllaşdırılmasına, həmcinin ağac və bəzək köllarının alınıb, əkilməsi, ətraf hasarların rənglənməsi bələdiyyə kollektivi üçün qürurvericidir. O Vətən yolunda qəhrəmancasına şəhid olmuşdur.

            Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!


Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayon Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər