Gözləyin...
Sədr müavinləri

Əliyev Əliyar Məcid oğlu

Əliyev Əliyar Məcid oğlu 1954-cü ilin sentyabrın 27-də Gürcüstan Respublikasının Dmanisi rayonununda anadan olmuşdur. 1961-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1972-1974-cü illər ərzində hərbi xidmətdə qulluq etmişdir. 1975-1977-ci illərdə Bakı Maliyyə-Kredit texnikumunun qiyabi şöbəsində oxuya-oxuya Amasiya rayon Dövlət Sığorta İdarəsində müfəttiş vəzifəsində işləmişdir. 1981-ci ildə Moskva Kooperativ İnstitutunun iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1986-cı ildə institutu bitirmişdir. 1977-1988-ci illər ərzində Amasiya rayon Tədarük idarəsində baş mühasib vəzifəsində işləmişdir. 1988-1999-cu illər ərzində Bakı şəhərində «Azərenerjitikinti» Trestinin nəzdində olan Fəhlə Təchizatı idarəsində müfəttiş, baş mühasib, müstəqil «Zəhmətkeş» kooperativində baş mühasib,  «Ağbaba-92» kiçik müəssisəsində direktor, «Kurort» Səhmdar Cəmiyyətinin Kommersiya idarəsində rəis, 20 saylı çörək zavodunda baş mühasib vəzifələrində çalışmışdır.
1999-cu ildə ilk bələdiyyə seçkilərində, 2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
Hal-hazırda Xətai rayon Xətai bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır.
Heç bir siyasi partiyanın üzvü deyil.
Evlidir, 2 övladı var.

Hacıyeva Nərminə Aslan qızı

Hacıyeva Nərminə Aslan qızı 1971-ci il noyabrın 30-da Emənistanın Krasnoselsk rayonunun Toxluca kəndində anadan olmuşdur.
1988-ci ildə Bakı şəhəri Xətai rayonundakı 263 saylı orta məktəbi bitirmişdir.
Azərbaycan Texniki Universitetinin avtomatika fakültəsində bitirmişdir.
1997-1999-cu illərdə həmin universitetin magistratura pilləsində təhsilimi davam etdirmişdir. Eyni zamanda AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır.
Universiteti bitirdikdən sonra Xətai rayon Xətai bələdiyyəsində proqramist vəzifəsində işləmişdir.
1998- ci ildə “AZQUR” s/f-nın 3-№ BMQJ-də mühəndis vəzifəsində çalışmışdır. 2000-ci ildə həmin idarədə baş mühasibin müavini vəzivəsində işləmişdir.
2003-cü ildə Xətai rayon Xətai bələdiyyəsində kompyuter-proqramist vəzifəsində işləmişdir.
2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
Hal-hazırda bələdiyyə sədrinin müavini vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər

Xətai bələdiyyəsində görüş keçirilib.
Bələdiyyə xəbərləri 26-07-2024
20 Yanvar Ümumxalq Hüzn Günü
Bələdiyyə xəbərləri 20-01-2024