Xətai Rayon Bələdiyyə haqqında
Müstəqil Azərbaycan Respublikasında 1999-cu ilin dekabr ayından fəaliyyət göstərən bələdiyyələrin təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin sosial,iqtisadi,ekoloji,hüquqi problemlərinin həllində yaxından iştirak edirlər.
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin bələdiyyələr haqqında 2004-cü ildə söylədiyi “Azərbaycanda bələdiyyə seçkiləri ikinci dəfədir ki, keçirilir,müəyyən təcrübə var. Bu seçkilərdən sonra bələdiyyələrin statusu daha da artacaq,onlar yerlərdə konkret işlərlə məşğul olacaqlar.Beləliklə, bu təchizat Azərbaycanda artıq formalaşmışdır,gələcəkdə inkişaf edəcəkdir” fikri bələdiyyələri ruhlandıraraq onların fəaliyyətinə təkan vermişdir.
Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Bələdiyyələrin statusu, maliyyələşməsi, onların əmlakı, torpaqları, əraziləri, bələdiyyə üzvlərinin səlahiyyətləri haqqında qanunları və digər normativ sənədləri rəhbər tutan Xətai rayon Xətai bələdiyyəsi fəaliyyət göstərdiyi illər ərzində rayonun iqtisadi,sosiolojo,ekolojo problemlərinin həllində yaxından iştirak etmişdir. Belə ki, III bələdiyyə seçkilərindən keçən dövr ərzində Xətai Bələdiyyəsi sənaye rayonu olan Xətai rayonu ərazisində bir sıra işlər görmüşdür. Respublikanın aran rayonlarındakı sel daşqınları ilə əlaqədar bələdiyyə irihəcmli beton plitələri yüklənmiş 3(üç) avtomaşınla rayon İcra Hakimiyyətinin iştirak etdiyi tədbirə qoşulmuşdur. Bələdiyyə üzvləri və bələdiyyənin İcra Aparatı işçiləri Xətai rayonunda keçirilən müxtəlif tədbirlərdə və iməcliklərdə iştirak etmişlər. Rayon ərazisində müxtəlif ünvanlarda 51632 m2 asfalt-beton örtüyü salınıb, 260 p/m binadaxili kanalizasiya xətləri dəyişdirilib, 470 m2 binaların dam örtüyünə steklorebroid tol salınıb, 290 p/m binadaxili su xətləri dəyişdirilib.
Xətai bələdiyyəsi Türkiyənin Tarsus Şəhər Bələdiyyəsi ilə qardaşlıq əlaqəsini davam etdirir. Belə ki, mart ayının 17-də Tarsus Bələdiyyəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin adına əzəmətli bir körpünün açılışı olmuşdur. Həmin açılışda iştirak etmək üçün Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov cənablarının rəhbərliyi ilə rayonumuzdan Türkiyəyə gedən nümayəndə heyətinin tərkibində Xətai bələdiyyəsi də təmsil olunmuşdur.
Xətai Bələdiyyəsi “Avro-Adenaur” adına qeyri-hökumət təşkilatı ilə birlikdə 138 saylı orta məktəbin yuxarı sinif şagirdləri ilə “Demokratiyanı yalnız kitablardan deyil,həyatdan da öyrənmək olar” mövzusunu müzakirə etmək məqsədilə görüş keçirilmişdir.
2011-ci ilin dekabr ayının 19-dan 25-dək Xətai bələdiyyəsi tərəfindən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər həyata keçirilmişdir. Belə ki, rayon ərazisində müxtəlif ünvanlarda “Bələdiyyə poçtu” qutuları quraşdırılmış, vətəndaşların qəbulunu təşkil etmək məqsədilə “açıq qapı” günü elan edilmiş, vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsi elan edilmişdir.
Bələdiyyə vergilərinin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin sosial, ekoloji, iqtisadi problemlərinin imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürdüyü inzibati binanın bələdiyyənin balansına keçirilməsi və yaxud yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə yaxından iştirak edilməsi kimi məsələlər Xətai bələdiyyəsi tərəfindən 2013-cü il üçün nəzərdə tutulan işlərin tərkib hissəsidir.
Xətai rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq, Bələdiyyələrlə İş üzrə Mərkəzin təlimatı və göstərişlərinin nəzərə alınması bələdiyyənin öz fəaliyyətinin səmərəli məcraya istiqamətləndirilməsinə müsbət təsir göstərir.