0123344433
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun bələdiyyə qulluğu ilə bağlı münasibətləri və Azərbaycan Respublikasında bələdiyyə qulluqçularının hüquqi vəziyyətini tənzimləyir.
Maddə 1. Bələdiyyə qulluğu haqqında qanunvericilik
Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 2. Bələdiyyə qulluğu və bələdiyyə qulluqçusu anlayışları
Bələdiyyə qulluğu — yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.
Bələdiyyə qulluqçusu — yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir.
Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.
Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.
Maddə 3. Bələdiyyənin icra aparatı
Bələdiyyənin icra aparatı bələdiyyənin sədrindən, onun «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunu və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilmiş qaydada formalaşdırdığı struktur bölmələrdən və digər icra strukturlarından ibarətdir.
Bələdiyyənin icra aparatının strukturunu, ştat cədvəlini , bələdiyyə qulluqçusunun vəzifə təlimatını və saxlanması xərcləri smetasını bələdiyyə təsdiq edir.
Bələdiyyənin icra aparatına rəhbərliyi bələdiyyənin sədri həyata keçirir.
Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.
Maddə 4. Bələdiyyə icra aparatının tərkibi
Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi əraziyə və konkret iş vəziyyətinə uyğun olaraq, müvafiq bələdiyyənin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada və sayda idarə rəisləri və rəis müavinləri, şöbə müdirləri və müdir müavinləri, mütəxəssislər, müfəttişlər və digər işçilərdən təşkil olunur.
Maddə 5. Bələdiyyə qulluğunun təşkili
Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir və aşağıdakı vəzifələri daşıyırlar:
bu Qanunun yerinə yetirilməsi üzərində nəzarət;
bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi;
Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlər bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin sədri birbaşa təyin edir bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir.
Maddə 5-1. Bələdiyyə qulluğuna qəbul
Bu Qanunun
5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna
vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.
Bələdiyyə
qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və
qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası (bundan sonra – müsabiqə
komissiyası) yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini
bələdiyyənin qərarı ilə təsdiq edilir.
Müsabiqə
komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Müsabiqə komissiyasının
iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Sədr olmadıqda
iclaslara sədrin müavini sədrlik edir.
Müsabiqə
komissiyasının fəaliyyəti qanunçuluq, obyektivlik, şəffaflıq və bərabərlik prinsipləri
əsasında həyata keçirilir.
Müsabiqə
komissiyasının işinə müdaxilə yolverilməzdir.
Müsabiqə
komissiyası namizədlərin müvafiq vəzifəyə uyğunluğunu onların bilik səviyyəsinə, peşə
hazırlığına, ümumi dünyagörüşünə və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə
əsasən qiymətləndirir.
Müsabiqə
komissiyasının işinə müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər.
Müsabiqənin elan
edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 5-2. Müsabiqə komissiyası üzvlərinin hüquq və vəzifələri, təşkilati məsələlər
Müsabiqə
komissiyası üzvlərinin müsabiqə komissiyasının səlahiyyətlərinə aid məsələlərin həllində
iştirak etmək, təkliflər vermək, habelə bu komissiyanın qərar, protokol və digər
sənədləri ilə tanış olmaq, onlarla razılaşmadıqda xüsusi rəy vermək hüququ
vardır.
Müsabiqə
komissiyası üzvlərinin vəzifələri aşağıdakılardır:
müsabiqə
komissiyasının iclaslarını üzrsüz səbəbdən buraxmamaq və vaxtında müsabiqənin keçirilmə
yerində olmaq;
müsabiqə
komissiyasının iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;
müsabiqə
komissiyası üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və
çıxışlara yol verməmək.
Müsabiqə
komissiyasının üzvləri müsabiqə zamanı aşağıda göstərilən tələblərə əməl
etməlidirlər:
namizədin
şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq;
namizədə
müvafiq vəzifəyə yararlı olub-olmaması barədə fikir bildirməmək;
müsabiqənin
keçirildiyi otağı tərk etməmək və rabitə vasitələrindən istifadə etməmək.
Müsabiqə
komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq,
asılılıq münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən
hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar
olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə)
etiraz edə bilər.
Bu maddənin
dördüncü hissəsinə uyğun olaraq əsaslandırılmış etiraz verildikdə, barəsində etiraz
verilmiş müsabiqə komissiyası üzvü həmin etirazın verilməsinə səbəb olmuş namizədə
münasibətdə müsabiqə komissiyasının qiymətləndirməsində iştirak edə bilməz. Əgər etiraz
nəticəsində müsabiqə komissiyasının fəaliyyətini həyata keçirməsi mümkün olmazsa, həmin
namizədə münasibətdə müsabiqə komissiyası yenidən təşkil olunur.
Müsabiqə
komissiyasının iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs
çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrlik edənin səsi həlledicidir.
Müsabiqə komissiyasının iclası protokollaşdırılır, protokol iclasda iştirak edən bütün
müsabiqə komissiyası üzvləri tərəfindən imzalanır. Müsabiqə komissiyası üzvünün xüsusi
rəyi olduqda, protokolda bununla bağlı qeyd aparılır və xüsusi rəy protokola əlavə
olunur.
Müsabiqə
zamanı namizədin arzusu ilə videoçəkilişdən istifadə edilə bilər. Bu halda videoçəkiliş
müsabiqə komissiyasının normal fəaliyyətinə maneçilik törətməməlidir.
Müsabiqənin
nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu gündən 30 gün
müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.
Maddə 5-3. Bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər
Hansı şəxslər
bələdiyyə qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:
onun fəaliyyət
qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması
məhkəmənin qərarı ilə təsdiq edilərsə;
məhkumluğu
ödənilməmiş və ya götürülməmişsə;
bələdiyyənin
sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında
işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar,
onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi
olduqda;
barəsində
tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı olarsa.
Maddə 6. Bələdiyyə qulluqçularının hüquqları
Bələdiyyə qulluqçularının aşağıdakı hüquqları vardır:
işə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək;
vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri məlumat və sənədləri almaq;
səlahiyyətləri daxilində məsələlərin baxılmasında və onların həlli ilə əlaqədar qərar qəbul edilməsində iştirak etmək;
həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək;
bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Maddə 7. Bələdiyyə qulluqçularının vəzifələri
Bələdiyyə qulluqçularının vəzifələri:
öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmək;
vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq;
rəhbərliyin «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyələrin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar və sərəncamları yerinə yetirmək;
əmək və icra intizamına riayət etmək;
Maddə 7-1. Bələdiyyə qulluqçularının peşə hazırlığı və ixtisasının artırılması
Bələdiyyə qulluqçuları mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.
Maddə 8. Bələdiyyə qulluğu ilə bağlı qadağalar
Bələdiyyə qulluqçuları üçün qulluqla bağlı aşağıdakı qadağalar nəzərdə tutulur:
qanunverici, icra və məhkəmə orqanlarında vəzifə tutmaq, habelə «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü olmaq;
Maddə 9. Xidməti vəsiqə
Bələdiyyə qulluqçularına bələdiyyələrdə qulluğa təyin edildikdən sonra xidməti vəsiqə verilir.
Maddə 10. Bələdiyyə qulluqçusunun iş vaxtı, məzuniyyəti, pensiyası və digər sosial təminatları
Bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Bələdiyyələrin maliyyə imkanları daxilində əlavə olaraq digər kompensasiyalar və ödənişlər, habelə müavinətlər verilə bilər.
Bələdiyyələrin nizamnaməsi ilə bələdiyyə qulluqçularına digər imtiyaz və zəmanətlərin verilməsi nəzərdə tutula bilər.
Bələdiyyə üzvlərinin səlahiyyət müddətinin qurtarması bələdiyyə qulluqçularının vəzifələrindən azad edilmələri üçün əsas ola bilməz.
Bələdiyyə vəzifələrində işləyən və Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü olan şəxslər seçki komissiyasında fəaliyyətləri dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.
Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq namizədliyi qeydə alınmış bələdiyyə vəzifəsində işləyən şəxs namizəd kimi müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək bələdiyyə orqanının təşəbbüsü ilə işdən çıxarıla bilməz, öz razılığı olmadan başqa işə, başqa yerdə işləməyə keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz.
Maddə 11. Bələdiyyə qulluqçusunun əmək haqqının müəyyən edilməsi
Bələdiyyə qulluqçularının əmək haqqı bələdiyyələrin büdcəsi hesabına, onun maliyyə imkanlarına uyğun olaraq bələdiyyə tərəfindən təsdiq edilmiş ştat cədvəli əsasında müəyyən edilir.
Maddə 12. Bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət
Bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) bələdiyyələrin struktur bölmələrinin rəhbərlərinə, bələdiyyə sədrinə və ya məhkəməyə şikayət verilə bilər.
Maddə 13. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 14. Bu Qanunun qüvvəyə minməsi qaydası
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 noyabr 1999-cu il
№– 765-IQ
«Azərbaycan» qəzetində dərc olunmuşdur (№– 297, 28 dekabr 1999-cu il).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, №– 12, maddə 687).
30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 30 dekabr 2004-cü il tarixli, 819-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 27 oktyabr 2009-cu il tarixli, 901-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli; 21 dekabr 2010-cu il tarixli, 38-IVQD nömrəli; 25 oktyabr 2011-ci il tarixli, 217-IVQD nömrəli; 13 fevral 2015-ci il tarixli, 1196-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə .