Gözləyin...
Bələdiyyə xəbərləri 04-11-2026 14

Xətai Bələdiyyəsi Ramiz Quliyev 23 ünvanında abadlıq və yaşıllaşdırma işləri həyata keçirib

03 noyabr 2026-cı il tarixində Xətai Rayon Xətai Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində abadlıq, yaşıllaşdırma və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Bu çərçivədə Ramiz Quliyev küçəsi 23 ünvanında genişmiqyaslı abadlıq və təmizlik işləri görülüb.

Aparılan işlər zamanı ərazidə qazon örtüyü salınıb, ağacların dibləri bellənib, ağac və kollar budanıb, həmçinin ərazi əsaslı şəkildə təmizlənərək səliqəyə salınıb. Görülən tədbirlər nəticəsində yaşıllıq sahələrinin görünüşü yaxşılaşdırılıb, ərazidə daha təmiz və baxımlı mühit yaradılıb.

Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin iştirak ilə həyata keçirilən bu cür abadlıq və yaşıllaşdırma tədbirləri rayonun ümumi görünüşünün yaxşılaşdırılmasına, ekoloji tarazlığın qorunmasına və sakinlərin rahat yaşayış mühitinin təmin edilməsinə xidmət edir.

Xətai Bələdiyyəsi bundan sonra da ərazidə abadlıq, təmizlik və yaşıllaşdırma işlərini davam etdirərək şəhər mühitinin daha gözəl və yaşıl olması istiqamətində fəaliyyətini ardıcıl şəkildə həyata keçirəcək.


Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər