0123344433
Tədbirdə Ərazi Partiya Təşkilatının sədri Elşad Vəliyev, YAP Xətai Rayon Təşkilatının məsləhətçisi Ənvər Bayramov, Ərazi Partiya Təşkilatının sədr müavini Nərminə Hacıyeva, YAP üzvləri və fəalları Rövşən Məmmədov və Həsən Əliyev çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər diqqətə çatdırılıb.
Ərazi Partiya Təşkilatının sədri Elşad Vəliyev çıxışında VIII Qurultayın əhəmiyyətindən bəhs edərək partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, bələdiyyə fəaliyyətində vətəndaşlarla sıx əlaqələrin qurulmasının, əhalinin müraciətlərinə həssas yanaşılmasının və ictimai təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini qeyd edib.
YAP Xətai Rayon Təşkilatının məsləhətçisi Ənvər Bayramov partiyanın tarixi missiyasına və ideoloji prinsiplərinə toxunaraq üzvlərin ictimai-siyasi fəallığının artırılmasının, partiya ideyalarının təbliğinin və milli maraqların qorunmasının əhəmiyyətini vurğulayıb.
Ərazi Partiya Təşkilatının sədr müavini Nərminə Hacıyeva çıxışında partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakının, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini bildirib.
YAP üzvü və fəalı Rövşən Məmmədov partiya üzvlərinin təşəbbüskarlığının, ictimai məsuliyyətinin və vətəndaşlarla əlaqələrinin gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, hər bir üzvün gündəlik fəaliyyəti ilə partiyanın nüfuzunun möhkəmlənməsinə töhfə verməli olduğunu qeyd edib.
YAP üzvü və fəalı Həsən Əliyev isə çıxışında partiya fəallarının üzərinə düşən əsas vəzifələrə diqqət çəkib. O, partiyanın ideyalarının yalnız tədbirlərdə deyil, gündəlik fəaliyyət, xalqa xidmət və vətəndaşlarla səmimi ünsiyyət vasitəsilə təbliğ edilməsinin vacibliyini vurğulayıb. Həsən Əliyev xüsusilə qeyd edib ki, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində partiya üzvlərinin fəallığı, birliyi və məsuliyyətli mövqeyi mühüm rol oynayır.
Tədbirdə vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin reallaşdırılması hər bir üzvün fəallığından, təşəbbüskarlığından və üzərinə düşən vəzifələrə məsuliyyətli yanaşmasından asılıdır. Partiya fəallarının və üzvlərinin əsas missiyası dövlətçilik maraqlarının qorunmasına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və partiyanın ideyalarının cəmiyyət arasında geniş təbliğinə töhfə verməkdir.
Tədbir qarşıda duran vəzifələrin müzakirəsi və partiya fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətinin vurğulanması ilə yekunlaşıb.





