0123344433
Xətai Bələdiyyəsinin və Xətai RİH-in təşəbbüsü ilə 8 Mart-Beynəlxalq Qadinlar günü şəhid anaları ziyarət olunub. Ziyarətə Xətai bələdiyyəsinin rəsmiləri və qulluqçuları qatılıblar. Hər bir şəhid ailəsinin xanım üzvünə Xətai bələdiyyəsi adından bayram hədiyyəsi təqdim olunub.
Ziyarət iştirakçıları şəhid ailələrinin evlərini ziyarət edərkən hər birinin xatirəsinə ehtiram əlaməti olaraq güşələrinə baxış keçirib, ruhlarına rəhmət diləyib.
Görüş zamanı hər bir şəhid ailəsinin üzvü diqqətlə dinlənilib onların qarşılaşdığı problem və müraciətlər dinlənilib.
Görüşdə Xətai Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva iştirak edib.