Gözləyin...
Bələdiyyə xəbərləri 28-03-2024 1561

Elşad Vəliyev: “ İnanırıq ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə hər bir bələdiyyə öz töhfəsini verəcək”

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında  Prezident İlham Əliyev 25 dekabr 2023-cü il tarixində  Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ilinin” elan edilməsi ölkə bələdiyələrinin də üzərinə böyük məsuliyyət yükü qöyur.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Xətai Bələdiyyəsinin sədri  Elşad Vəliyev bildirib ki,  Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Belə olan halda biz bələdiyyə üzvlərinin üzərinə müəyyən məsuliyyət yükü düşür və ekoloji problemlərin həllinə söykənən proseslərə biz də bir bələdiyyə olaraq öz töhfəmizi verməyə borcluyuq.

Odur ki, bələdiyyədə formalaşan ekologiya məsələlər komissiyasının üzvləri tərəfindən xüsusi olaraq tədbirlər planı bələdiyyə iclasında müzakirə edilərək təsdiq edilib. Əsasən rayon ərazisində yaşıllıqların qorunması, parklarda əsaslı təmir işlərinin aparılması və bu ərazilərdə mühitə uyğun ağacəkmə aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Artıq rayonun bir neçə ərazisində məhəllədaxili ərazilərdə əsaslı təmir işləri aparılır. Bu ərazilərdə çoxsaylı “Eldar şamı” və “Xan çinar” ağacları əkilərək aqrotexniki işlər aparılır. Bununla yanaşı əhali arasında maarifləndirmə işlərinin aparılması, habelə rayon ərazisində yaşıllıq zolaqlarına aqrotexniki xidmətin göstərilməsi və yeni tinglərin əkilməsi prosesi də aparılmaqdadır.

Biz də bir bələdiyyə olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində nəzərdə tutduğumuz layihələrin icrasını yüksək səviyyədə həyata keçirəcəyimizə inanırıq.

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayon Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Park Azure-da növbəti görüş keçirildi
Bələdiyyə xəbərləri 04-08-2026