Gözləyin...
Bələdiyyədə görülən işlər 03-09-2026 126

Elşad Vəliyev: “Xətai bələdiyyəsi rayonda aparılan abadlıq-quruculuq işlərinə daim öz töhfəsini verməkdədir”

“Xətai RİH -in təşənbbüsü ilə Xətai bələdiyyəsi tərəfindən rayon ərazisində abadlıq-quruculuq işləri ilə bağlı bir sıra layihələr həyata keçirilməkdədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.


Sədr qeyd edib ki, hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.


Rayon ərazisində olan Neapol küçəsi, Səməd bəy Mehmandarov və General Əliağa Şıxlınski küçələrin kəsişməsində yerləşən və Şəhidlərin əziz xatirəsinə həsr olunan parkda əsaslı təmir işləri həyata keçirilməkdədir. Belə ki, layihə çərçivəsində ərazidəki abidənin əsaslı təmiri həyata keçirilir, səkilərə tamet daşları düzülür, yaşıllıq zolaqlarına qazon örtüyü salınır. Layihənin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. 


Qeyd edək ki, parkda birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş rayon sakinlərinin əziz xatirəsinə ucaldılmış abidə yerləşir.  


Sədr həmçinin qeyd edib ki, sağlamlığın və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil təmizliyin qorunmasıdır. Bu məqsədlə layihə çərçivəsində ərazi müxtəlif məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlara həmçinin aqrotexniki qulluq göstərilməkdədir.


Sədr qeyd edib ki, Xətai bələdiyyəsi rayonda aparılan abadlıq-quruculuq işlərinə daim öz töhfəsini verməkdədir.


Elşad Vəliyev sonda qeyd edib ki, ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərini sakinlər razılıqla qarşılayıblar.



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var.