Gözləyin...
Bələdiyyədə görülən işlər 09-06-2023 662

Xətai rayonunda şəhidlərin adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub

Xətai rayonunda Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun və Birinci Qarabağ müharibəsinin şəhidləri Fəzair Ziyadov, Nadir Mahmudovun adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə  Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Mixail Zabelin, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək  bütün şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının ürəyində hər zaman yaşayacağını və onların ömür yolunun bütün gənclərə və gələcək nəsillərə örnək olacağını vurğulayıb.



Mərasimdə hər üç şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb, şəhidlərə dəsr demiş 204 saylı məktəbin müəlliməsi Əntiqə Qasımova onlar haqqında xatirələrini bölüşmüşdür.  Şagirdlər onların xatirəsinə həsr olunmuş şeirlər səsləndirmişlər.


Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib. 


1 hektar ərazini əhatə edən parkda görülən işlər çərşivəsində  ərazi  qanunsuz çəpərlənmələrdən təmizlənmiş, yöndəmsiz tikililər sökülərək abadlıq işləri aparılmışdır. Ağaclar budanmış,  səki daşları düzülmüş, günlüklər, oturacaqlar, yeniyetmə  və  gənclər üçün idman qurğuları qoyulmuşdur. Azyaşlı uşaqlar üçün müxtəlif əyləncə qurğuları, eləcə də mini stadion, şahmat meydançası və s. quraşdırılmışdır.


Böyük ərazidə salınmış yaşıllıq zolaqlarına, ağac və bitkilərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərmək üçün su xətləri çəkilmiş, ərazi müasir işıqlandırma sistemləri ilə təchiz edilmişdir. Yeni ağaclar, dekorativ kollar və güllər əkilmişdir.

Parkın yaxınlığında olan küçələrdə də abadlıq və təmizlik işləri aparılmış, binaların girişlərində və həyətində  təmir işləri görülmüş,  iaşə obyektlərin fasadları müasir üslubda yenidən qurulmuşdur. 

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayon Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər