0123344433
Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Xətai Rayonu Xətai Bələdiyyəsinin iştirakı ilə rayon ərazisində abadlıq, təmizlik və yaşıllaşdırma istiqamətində mütəmadi işlər həyata keçirilir.
Növbəti iməclik çərçivəsində Uşaq və Gənclərin İnklüziv İnkişaf Mərkəzinin ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb. Ərazidə mövcud ağacların budanması, yaşıllıqların suvarılması, ot örtüyünün yenisi ilə əvəz olunması həyata keçirilib. Həmçinin ərazinin ümumi səliqə-sahmanına diqqət yetirilib və daha baxımlı, estetik görünüşün formalaşdırılması istiqamətində tədbirlər görülüb.
Aparılan işlər rayon ərazisində yaşıllıqların qorunması, ekoloji mühitin yaxşılaşdırılması və sakinlər üçün daha sağlam və əlverişli mühitin yaradılmasına xidmət edir.
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib ki, abadlıq və yaşıllaşdırma işlərinin davamlı şəkildə aparılması bələdiyyənin diqqət mərkəzindədir.
“Xətai rayonunun daha təmiz, abad və yaşıllıqla zəngin olması üçün həyata keçirilən tədbirlərdə yaxından iştirak edirik. Xüsusilə uşaqların və gənclərin istifadə etdiyi ərazilərin abad və baxımlı vəziyyətdə saxlanılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər bundan sonra da davam etdiriləcək.”
Rayon ərazisində həyata keçirilən bu cür tədbirlər Xətainin daha gözəl, yaşıl və müasir görkəminin formalaşdırılmasına mühüm töhfə verir.