Gözləyin...
Bələdiyyədə görülən işlər 18-09-2026 158

Kazımağa Kərimov küçəsində abadlıq və yaşıllaşdırma işləri aparılıb

Xətai Rayon İcra Hakimiyyətinin rayonun abadlaşdırılması və yaşıllıq sahələrinin qorunması istiqamətində həyata keçirdiyi layihələrə dəstək olaraq Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən də müvafiq işlər davam etdirilir.

Bu günlərdə rayonun Kazımağa Kərimov küçəsində yaşıllıq zolaqlarına xidmət göstərilib, ərazidə abadlıq və səliqə-sahman işləri həyata keçirilib. Küçə boyunca bir sıra ərazilərə yeni qazon örtüyü salınıb, mövcud yaşıllıq sahələrinə qulluq göstərilib.

Bununla yanaşı, ərazidə vətəndaşlara məxsus mənzillərin bir qisminin dam örtüklərində cari təmir işləri aparılıb. Küçənin yol hissəsinə isə yeni asfalt örtüyü döşənərək hərəkət və ərazinin ümumi görünüşü üçün şərait yaxşılaşdırılıb.

Görülən işlər Xətai Rayon İcra Hakimiyyəti ilə Xətai Bələdiyyəsinin rayonun abadlaşdırılması, yaşıllıqların artırılması və sakinlər üçün daha əlverişli yaşayış mühitinin formalaşdırılması istiqamətində birgə fəaliyyətinin davamı kimi həyata keçirilir.

Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev görülən işlərlə yerində tanış olaraq, abadlıq və yaşıllaşdırma tədbirlərinin keyfiyyətli şəkildə həyata keçirilməsi, görülən işlərin davamlılığının təmin olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.





Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Xətai rayonunda muğam axşamı
Bələdiyyə xəbərləri 27-08-2026