0123344433
Qarabağ müharibəsindən söz düşəndə birinci olaraq vətən
müharibəsi qəhrəmanları, şəhidlər və qazilər yada düşür. Bu qəhrəmanlar, şəhidlər
və qazilər torpağı vətən, vətəni bütöv edənlərdilər. Qırx dörd günlük vətən
müharibəsi Azərbaycan xalqına zəfər sevinci bəxş etməklə yanaşı, xalqımızın qəhrəman
oğullarınıda hər kəsə tanıtdı. Necə-necə igid oğullarımız Vətən uğrunda haqq
savaşının iştirakçısı,şəhid və ya qazi oldular.Sonunda zəfər çaldığımız bu
müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını,onun üçün gözünü qırpmadan canından keçməyə hazır
olduğunu bir daha nümaiş etdirdi. Belə qəhrəman vətən övladlarından biri şəhid
Həsənov Ceyhun Aydın oğludur. Ceyhun vətənə sevgi, düşmənə nifrət ruhunda
böyümüşdür. Bütün arzularının zirvəsində Qarabağımızın azadlığı dururdu. Ceyhun
ölməyib sevdalandığı vətən adlı torpağa qovuşub. İndi o qalib ölkənin əbədi vətəndaşı
olaraq təkcə doğmalarının yox, canında üstün tutduğu Azərbaycana əzizdir. Vətən
muharibəsi qəhrəmanı şəhid Həsənov Ceyhun Aydın oğlunun adına olan Xətai rayon
Xətai Bələdiyyəsinin İnzibati ərazisində yerləşən 48 saylı məktəbin həyətində
onun büştünün qoyulması və ətrafında 150 kv m ərazinin abadlaşdırılaraq qazon
örtüyü ilə yaşıllaşdırılmasına, həmcinin ağac və bəzək köllarının alınıb, əkilməsi,
ətraf hasarların rənglənməsi bələdiyyə kollektivi üçün qürurvericidir. O Vətən
yolunda qəhrəmancasına şəhid olmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!