Gözləyin...
Bələdiyyə tədbirləri 14-09-2026 400

Xətai Bələdiyyəsinin sədri Türkiyə - Azərbaycan Universitetini ziyarət edib

Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev Xətai rayonu, Xocalı prospekti 30 ünvanında yerləşən Türkiyə-Azərbaycan Universitetini ziyarət edib.

Ziyarət çərçivəsində universitetin rektoru dos. Nəcibə Nəsibova ilə dostluq münasibətləri əsasında görüş keçirilib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də mövcud olan əməkdaşlıq əlaqələrinin faydalı inkişafından danışılıb.

Səmimi söhbət şəraitində keçirilən görüşdə iki qardaş ölkə arasında təhsil və elm sahəsində əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə inkişafı, xüsusilə gənc nəslin təhsilinə və müasir biliklərə yiyələnməsinə yönəlmiş birgə təşəbbüslər mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti, burada yaradılan təhsil imkanları və gələcəkdə həyata keçirilə biləcək qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin tələbə və müəllimlər arasında əlaqələrin, qarşılıqlı təcrübə mübadiləsinin və birgə elmi-təhsil təşəbbüslərinin genişləndirilməsinin faydalı olacağı vurğulanıb.

Elşad Vəliyev Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin elm və təhsil sahəsində də özünü uğurla göstərdiyini bildirib. Qeyd olunub ki, bu cür əlaqələr iki ölkənin gələcək inkişafına töhfə verəcək savadlı və peşəkar gənclərin yetişdirilməsi baxımından mühüm rol oynayır.

Görüş qarşılıqlı hörmət, səmimiyyət və xoş münasibət şəraitində keçib. Tərəflər Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Xətai rayonunda muğam axşamı
Bələdiyyə xəbərləri 27-08-2026