Gözləyin...
Bələdiyyə tədbirləri 13-12-2023 310

Azərbaycan Respublikası Prezidentinin məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023 cü illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında plana əsasən 01 dekabr 2023-cü tarixdə Xətai Rayon İcra Hakimiyyəti, Xətai rayon Bələdiyyəsi, Xətai rayon Qeydiyyat şöbəsi və 221 nömrəli tam orta məktəbin təşkilatçılıgı ilə “Gender bərabərliyi” və “Erkən nikaha daxil olmağa tələsmə” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İçtimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova, Xətai rayon Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva, məktəbin müəllim və şagird kollektivi iştirak etdiblər.

Tədbirdə qeyd olundu ki, ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əlbəttə dəyişən zaman, qloballaşan dünya şübhəsiz Azərbaycan ailəsinə də öz təsirini göstərir. Amma hər halda Azərbaycan ailəsi bu gün orta statistik Avropa və eləcə də qonşu dövlətlərdən olan ailələrə nisbətən dayanıqlıdır, daha çox ailədaxili münasibətlər harmoniyaya əsaslanır. Səbəblər arasına böyük-kiçik yeri bilmək, ağsaqqal sözünü eşitmək, hörmət etmək kimi meyarlar daxildir. Azərbaycan dünyavi, hüquqi, demokratik bir dövlətdir. Hər bir vətəndaşın, o cümlədən, ailə üzvünün hüquqları qorunur. Və eyni zamanda bizim xalqımız öz adət-ənənəsinə bağlılıqı, ailəyə verdiyi dəyər ilə  sözün əsl mənasında bir çox inkişaf etmiş ölkələrdən olan xalqlara nümunə ola bilər. Bu dəyərləri biz unutmamalıyıq və gələcək nəsillərə ötürməliyik. Bizim ailədən gələn təlim-tərbiyə, məktəblərdə ailə dəyərlərinin qorunması, Vətənə, millətə bağlılıqın ən bariz nümunəsi 44 günlük “Vətən müharibəsi” olmuşdur. Bildirdi ki, erkən yaşda yeniyetmə və gənclər ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açır. Gələcəyimiz olan uşaqların hüqüqlarının qorunması, müdafiəsi, uşaqlara diqqət, qayğı və məhəbbətin aşılanmasının hər birimizin üzərinə düşən mühüm vəzifədir.
Tədbirin sonunda mövzu ətrafında gənclər tərəfindən verilən suallar cavablandırıldı.