Gözləyin...
Bələdiyyə xəbərləri 25-12-2023 1531

Elşad Vəliyev:“ Bu gün hər bir bələdiyyə üzvünün əsas məqsədi fəaliyyətiylə bələdiyyənin nüfuzunu artırmağa çalışmaq olmalıdır”

 “Xətai Bələdiyyəsi son beş ildə öz fəaliyyətləriylə daha böyük ugurlara  imza atıb”- bu fikirləri Xətai  Bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib.

Sədr qeyd edib ki, bələdiyyələrin formalaşmasının 24-cü ili tamam olur.  Bu illər ərzində Xətai bələdiyyəsi tərəfindən rayon ərazisində bir çox ciddi layihələr icra edilib və hazırda da icra edilməkdədir. İstər məhəllədaxili yolların abadlaşdırılmasında, istər rayonun park və meydanlarının yenidən qurulmasında, habelə şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsində,onların xatirəsinin əbədiləşdirilməsində  Xətai RİH-in gördüyü işlərə ciddi şəkildə öz töhfəsini verməkdədir.

Ötən il büdcə gəlirlərinin həcminə görə ölkə bələdiyyələri arasında birinci yerə çıxmazğımız  bələdiyyə kollektivinin sakinlərlə aparılan işlərin nəticəsi və ən əsası icra-bələdiyyə münasibətlərinin düzgün səmtdə qurulması nəticəsində əldə edilib.

Bu gün Xətai Bələdiyyəsinin hər bir üzvü və qullquçusu dövlət başçısı İlham Əliyevin ona olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir və ətrafında sıx birləşərək möhtəşəm uğurlara imza atmaq niyyətiylə çalışır.

Elşad Vəliyev  bildirib ki,  növbəti ildə fəaliyyətimizin 25-ci ili tamam olur. Hər bir bələdiyyə üzvünün əsas məqsədi fəaliyyətiylə  əvvəlki illərdə formalaşmış neqativə söykənən fikirləri dağıtmaqla bələdiyyənin nüfuzunun artırmağa çalışmaq olmalıdır.  Biz də Xətai Bələdiyyəsi olaraq bu işdə öz töhfəmizi verməyə hazırıq.  

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayon Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Park Azure-da növbəti görüş keçirildi
Bələdiyyə xəbərləri 04-08-2026