0123344433
“Xətai Bələdiyyəsi son beş ildə öz fəaliyyətləriylə daha böyük ugurlara imza atıb”- bu fikirləri Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib.
Sədr qeyd edib ki, bələdiyyələrin formalaşmasının 24-cü ili tamam olur. Bu illər ərzində Xətai bələdiyyəsi tərəfindən rayon ərazisində bir çox ciddi layihələr icra edilib və hazırda da icra edilməkdədir. İstər məhəllədaxili yolların abadlaşdırılmasında, istər rayonun park və meydanlarının yenidən qurulmasında, habelə şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsində,onların xatirəsinin əbədiləşdirilməsində Xətai RİH-in gördüyü işlərə ciddi şəkildə öz töhfəsini verməkdədir.
Ötən il büdcə gəlirlərinin həcminə görə ölkə bələdiyyələri arasında birinci yerə çıxmazğımız bələdiyyə kollektivinin sakinlərlə aparılan işlərin nəticəsi və ən əsası icra-bələdiyyə münasibətlərinin düzgün səmtdə qurulması nəticəsində əldə edilib.
Bu gün Xətai Bələdiyyəsinin hər bir üzvü və qullquçusu dövlət başçısı İlham Əliyevin ona olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir və ətrafında sıx birləşərək möhtəşəm uğurlara imza atmaq niyyətiylə çalışır.
Elşad Vəliyev bildirib ki, növbəti ildə fəaliyyətimizin 25-ci ili tamam olur. Hər bir bələdiyyə üzvünün əsas məqsədi fəaliyyətiylə əvvəlki illərdə formalaşmış neqativə söykənən fikirləri dağıtmaqla bələdiyyənin nüfuzunun artırmağa çalışmaq olmalıdır. Biz də Xətai Bələdiyyəsi olaraq bu işdə öz töhfəmizi verməyə hazırıq.