0123344433
Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.
Tədbirdə rayon Xətai İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev və MKTB-nin kollektivləri iştirak ediblər. Aksiya çərçivəsində rayonun “Gənclik” parkında, 8 Noyabr prospektində, R.Məmmədov, N.Rəfiyev küçələrində ümumilikdə 3 000-dən çox ağac əkilib.