Gözləyin...
Bələdiyyə xəbərləri 28-03-2024 1648

Elşad Vəliyev: “Ölkəmizdə “Bələdiyyə gününün “ təsis edilməsi bələdiyyə üzvlərinə və qulluqçularına həm də əlavə bir stimul vermiş olardı”

“Ölkə bələdiyyələri bu gün özünün formalaşdırılmasının iyirmi beşinci ilini yaşayır. Bu illər ərzində bir sıra uğurlara imza atsaq da, bəzi problemlərin mövcudluğu bələdiyyələrin inkişafına maneə yaradır”-bu fikirləri Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev Belediyye.infoya açıqlamasında bildirib.

Sədr bildirib ki, Ulu öndər Heydər Əliyevin dəstəyi və təşəbbüsü ilə yaradılan bir qurumun inkişafına hər birimiz bələdiyyə üzvü olaraq  dəstək verməyə borcluyuq. Odur ki, əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunu təmin etməyə yönəldilməlidir.

Bu gün Xətai Bələdiyyəsi 15 il əvvəlki illərlə müqayisə edilməyəcək dərəcədə inkişaf yolu keçmişdir.  İstər büdcə gəlirlərinin artımında, istərsə də rayon ərazisində həyata keçirilən layihələrin həcmində ciddi irəliliyəşlərin olması  göz önündədir.

Sədr açıqlamasında daha sonra bildirib ki, bələdiyyənin inkişafı həm də sədrin və üzvlərin tutduğu mövqedən də asılıdır. Yerində olan sədrin və üzvlərin təmsil olunduqları bələdiyyənin də cəmiyyəti nüfuzu yüksək olur.

Odur ki, bizdə bu prinsiplərə uyğun hərəkət etdiyimizdən büdcə gəlirlərinə görə ölkəmizdə  artıq üçüncü ildir ki birincilər sırasındayıq.  Deməliyəm ki, indiki vaxtda hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməlidir.

Düşünmək olar ki, belə bir vaxtda ölkəmizdə “Bələdiyyə gününün “ təsis edilməsi bələdiyyə üzvlərinə və qullquçularına  həm də əlavə bir stimul vermiş olardı. Fəaliyyətimizin iyirmi beşinci ilində belə bir qərarın verilməsini hər birimiz səbrsizliklə gözləyirik. 

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var.