0123344433
“Ölkə bələdiyyələri bu gün özünün formalaşdırılmasının iyirmi beşinci ilini yaşayır. Bu illər ərzində bir sıra uğurlara imza atsaq da, bəzi problemlərin mövcudluğu bələdiyyələrin inkişafına maneə yaradır”-bu fikirləri Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev Belediyye.infoya açıqlamasında bildirib.
Sədr bildirib ki, Ulu öndər Heydər Əliyevin dəstəyi və təşəbbüsü ilə yaradılan bir qurumun inkişafına hər birimiz bələdiyyə üzvü olaraq dəstək verməyə borcluyuq. Odur ki, əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunu təmin etməyə yönəldilməlidir.
Bu gün Xətai Bələdiyyəsi 15 il əvvəlki illərlə müqayisə edilməyəcək dərəcədə inkişaf yolu keçmişdir. İstər büdcə gəlirlərinin artımında, istərsə də rayon ərazisində həyata keçirilən layihələrin həcmində ciddi irəliliyəşlərin olması göz önündədir.
Sədr açıqlamasında daha sonra bildirib ki, bələdiyyənin inkişafı həm də sədrin və üzvlərin tutduğu mövqedən də asılıdır. Yerində olan sədrin və üzvlərin təmsil olunduqları bələdiyyənin də cəmiyyəti nüfuzu yüksək olur.
Odur ki, bizdə bu prinsiplərə uyğun hərəkət etdiyimizdən büdcə gəlirlərinə görə ölkəmizdə artıq üçüncü ildir ki birincilər sırasındayıq. Deməliyəm ki, indiki vaxtda hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməlidir.
Düşünmək olar ki, belə bir vaxtda ölkəmizdə “Bələdiyyə gününün “ təsis edilməsi bələdiyyə üzvlərinə və qullquçularına həm də əlavə bir stimul vermiş olardı. Fəaliyyətimizin iyirmi beşinci ilində belə bir qərarın verilməsini hər birimiz səbrsizliklə gözləyirik.