0123344433
“Dünya müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Xətai bələdiyyəsi tərəfindən Xətai RİH-in təşəbbüsü ilə rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə 800-dən çox qurban payı paylanmışdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.
Sədr bildirib: “Bayram payı alan sakinlərimiz bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbərliyinə xoş arzularını ifadə etmişlər.
Əziz Xətai rayon sakinləri Qurban bayramınız mübarək olsun!”
Sədr daha sonra qeyd edib ki, Xətai bələdiyyəsi daim bu qrupa aid insanlara öz qayğı və diqqətini əsirgəmir.