0123344433
Park Azure yaşayış kompleksində növbəti görüş keçirilib. Görüşdə Xətai Rayon İcra Şöbəsinin əməkdaşları iştirak edərək məhkəmə qərarının icrası istiqamətində həyata keçirilən tədbirlər və qanunvericiliyin tələblərinə uyğun idarəetmə modelinin müəyyənləşdirilməsi ilə bağlı sakinlərə məlumat veriblər.
Bildirilib ki, Xətai Rayon Bələdiyyəsi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir və prosesdə qanunvericiliyin tələblərinə uyğun iştirak edir.
Görüş zamanı binanın idarəetmə formasının seçilməsi, sahə mülkiyyətçilərinin ümumi yığıncağının təşkili və növbəti mərhələlər üzrə fikir mübadiləsi aparılıb. Proses qanunvericiliyin tələblərinə uyğun şəkildə davam etdirilir və qəbul ediləcək qərarlar barədə sakinlərə əlavə məlumat veriləcək.