0123344433
"Xətai rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Xətai RİH-in həyata keçirdiyi abadlıq-quruculuq işlərinə dəstək olaraq Xətai bələdiyyəsi daim rayonda irihəcmli layihələrin icrasını öhdəsinə götürür və layiqincə icra edir" - bu fikirləri Beledyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.
Sədr bildirib ki, aparılan abadlıq və yenidənqurma işləri nəticəsində təqribən 1500 nəfər sakinin yaşadığı Xudu Məmmədov küçəsi 33 ünvanında bir hektarlıq ərazidə abadlıq, quruculuq işlərinə başlanılıb. Konkret təsdiq edilmiş layihəyə əsasən həyata keçirilən layihənin ilkin beton-döşəmə işləri həyata keçirilməkdədir.
Görüləcək işlər çərçivəsində beton örtüyü salınacaq, tamet daşlar düzüləcək və 3500 kvadratmetr sahəyə yaşıl örtük çəkiləcək, yeni bardürlər qoyulacaq. Qeyd edim ki, bununla yanaşı bəzi sakinlər tərəfindən zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb. Ərazidə həmçinin müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılacaq, kiçik tullantılar üçün zibil qutuları qoyulacaq. Bununla yanaşı ərazidə müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılması da nəzərdə tutulub. Habelə çoxsaylı dekorativ kol və ağac əkiləcək, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün su xətləri çəkiləcək.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün artıq əraziyə söhbətgah və oturacaqların sifarişi verilib.
Xətai bələdiyyəsi olaraq sakinlərin müraciəti əsasında həyata keçirilən bu layihənin yaxın müddət ərzində başa çatdırıılmasına çalışacağıq.