0123344433
“Aztəminatlı ailələrin, əlillərin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin sosial və məişət problemlərinin həlli, sosial müdafiələrinin gücləndirilməsi və həyat səviyyələrinin yaxşilaşdirilmasi dövlətimizlə yanaşı rəhbərlik etdiyim bələdiyyənin daim diqqət mərkəzindədir”- bu fikirləri Belediyye.infoya Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib.
Sədrin sözlərinə görə, Novruz bayramı ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün ümumilikdə 110 olmaqla şəhid, qazi və aztəminatlı ailələrə ərzaq bağlaması təqdim edilib.
Bələdiyyə üzv və qulluqçularının iştirakıyla ailələr evlərində ziyarət olunaraq ərza bağlaması təqdim edilərək, həm də onların qayğılarıyla maraqanılıb, problemləri dinlənilib.
Sədr bildirib ki, Xətai Bələdiyyəsi mütəmadi olaraq şəhid, qazi və aztəminatlı ailələrin hər birinin müraciəti bələdiyyə iclasında müzakirə edilərək həlliylə bağlı qərar qəbul edilir.
Bü günədək rayon ərazisində şəhidlərin xatirəsinin əbədiləşdirlməsi istiqamətində ciddi layihələr icra edib və bu gündə icra edilməkdədir.
Şəhid, qazi və aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.