0123344433
Keçmiş Sovet İttifaqı rəhbərlərinin və onun Azərbaycandakı itaətkar nümayəndələrinin əli ilə xalqımıza qarşı törədilmiş Qanlı Yanvar faciəsindən 33 il vaxt keçir. Qanlı Yanvar faciəsi XX əsr tarixinə və bəşəriyyətə qarşı ən amansız cinayətlərdən biri kimi tarixə düşmüşdür. O qanlı gecədə mənfur rejimi hər vəchlə qoruyub saxlamağa çalışan qırmızı imperiya dəhşətli hərbi maşınını işə salaraq, öz milli azadlığı və istiqlaliyyəti, doğma torpağının müdafiəsi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə açıq hərbi təcavüzə başladı.
20 Yanvar faciəsi milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
20 Yanvar-Ümumxalq hüzn gününü Xətai rayon Xətai bələdiyyəsi kollektivi, Xətai rayon İcra Hakimiyyəti nümayəndələri, bir qrup rayon sakinləri başda rayon İcra Hakimiyyəti başçısı Rafiq Quliyev olmaqla Şəhidlər Xiyabanını ziyarət etmişdirlər.
Şəhidlərin ruhu qarşısında baş əyib, 20 Yanvar şəhidlərinin abidələri önünə tər çiçəklər və əklil qoymuşdurlar.