Gözləyin...
Bələdiyyə xəbərləri 21-08-2023 536

Elşad Vəliyev: “Bələdiyyə üçün həlli vacib məsələlər öz həllini tezliklə taparsa sakinlərimizin məmnunluğunu daha səmərəli şəkildə təmin etmiş olarıq”

“Bələdiyyənin mülkiyyətinə ehtiyat torpaq fondunun ayrılmaması əhalinin müəyyən problemlərinin vaxtında həll edilməsinə imkan vermir”- bu fikirləri Belediyye.infoya  Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib. Həmçinin bu günədək inzibati əraizini özündə əks etdirən elektron xəritənin təqdim edilməməsi fəaliyyətimizə müəyyən problemlər yaratmaqdadır.  

Qarşılaşdığımız çətinliklərə baxmayaraq vergi ödəyiciləri arasında ciddi şəkildə maarifləndirmə işinin aparılması davam etdirilir. Sakinlərə vergilərin nağdsız şəkildə toplanılması, vergi və rüsümların bank və poçt vasitəsi ilə ödəmələri izah olunur və bununla bağlı mütəmadi olaraq görüşlərin keçirilməsi davam etdirilir.  

Bu gün bələdiyyənin vergi uçot-sisteminin daha səmərəli şəkildə qurulması, sakinlərin problemlərinin imkan daxilində operativ şəkildə həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürdüyü inzibati binanın bələdiyyə mülkiyyətinə verilməsi Xətai bələdiyyəsinin qarşıdakı dövr ərzində nəzərdə tutduğu işlərin tərkib hissəsidir. Bütün bu məqamlar bələdiyyə üçün həlli vacib məsələlərdir. Əgər bu məsələlər öz həllini tezliklə taparsa düşünmək olar ki, sakinlərimizi narahat edən məsələlər də tezliklə öz həllini tapa bilər.  

Hazırda fəaliyyətimizi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurmağımız öz müsbət təsirini göstərməkdədir.

Sədrin sözlərinə görə, deyilənləri nəzərə alaraq Xətai bələdiyyəsi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər

Xətai bələdiyyəsində görüş keçirilib.
Bələdiyyə xəbərləri 26-07-2024
20 Yanvar Ümumxalq Hüzn Günü
Bələdiyyə xəbərləri 20-01-2024