Gözləyin...
Bələdiyyə xəbərləri 21-07-2023 455

Xətai bələdiyyəsinin 2023-cü ilin 6 ayı ərzində görülmüş işlər o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilən

HESABAT

 

 

  Xətai rayon Xətai bələdiyyəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını “Bələdiyyələrin Statusu Haqqında”, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunlarını, Bələdiyyələrin nümunəvi  Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin və digər dövlət orqanlarının normativ və hüquqi aktlarını rəhbər tutaraq fəaliyyət göstərir.

    Xətai bələdiyyəsi bələdiyyə seçkilərində qalib gəlmiş 19 nəfər bələdiyyə üzvü ilə təmsil olunur. Onlardan 4 nəfəri daimi əsaslarla fəaliyyət göstərir.

    Bələdiyyənin icra aparatında 52 nəfər işçi çalışır.

    Xətai bələdiyyəsi 2023-cü ilin 6 ayı ərzində 9 iclas keçirmiş, 76 məsələ müzakirə edərək müvafiq qərarlar qəbul etmişdir.

   Bələdiyyədə üç daimi komissiya fəaliyyət göstərir. Hesabat dövründə Yerli Büdcə və İqtisadi İnkişaf daimi komissiyası 9 iclas keçirmiş, 39 məsələ müzakirə etmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyası 8 iclas keçirmiş, 29 məsələ müzakirə etmişdir. Hüquq məsələləri daimi komissiyası 4 iclas keçirmiş, 4 məsələ müzakirə etmişdir.

   Bələdiyyədə Gender bərabərliyi komissiyası yaradılmışdır. Gender bərabərliyi komissiyası 7 nəfərdən ibarət tərkibdə formalaşmışdır.

   Bələdiyyəyə hesabat dövründə ayrı-ayrı vətəndaşlardan 536 ərizə, təklif, idarə və müəssisələrdən 126 məktub daxil olmuşdur. Vətəndaşlara və müxtəlif təşkilatlara 477 arayış verilmişdir. Eyni zamanda 477 nəfər hərbi xidmətdən məzuniyyətə gələnlərin qeydiyyatı aparılmışdır.

   Bələdiyyənin 2024-cü ilin büdcə layihəsi mövcud qanunvericilik əsasında büdcə təqviminə uyğun müzakirəsi aparılır.

   Yerli vergilər (bələdiyyə vergiləri) və ödənişlər nağdsız şəkildə-banklar poçtlar vasitəsilə həyata keçirilir. Vergilərin ödənilməsi ilə, əlaqədar “Azərpoçt” MMC ilə xidmətli müqvilə bağlanmışdır. Yerli (bələdiyyə) vergi ödəyicilərinin 2023-cü ildə də qeydə alınması davam etdirilmişdir.

   2023-cü ilin sonunda proqrama daxil edilmiş cəmi ödəyici sayı 79591 nəfər olmuşdur, 3282 nəfər ödəyici artmışdır.

   Hesabat dövründə bələdiyyənin yarımillik gəliri 1198997 manat təşkil etmişdir. 2022-ci ilin yarımillik gəliri ilə müqayisədə 554773 manat çoxalmışdır.

   Bələdiyyənin yarımillik xərcləri 1075619 manat təşkil etmişdir. 2023-cü ilin yarımillik xərcləri 2022-ci ilin yarımillik xərcləri ilə müqayisədə xərclər 531997 manat artmışdır.

  Vergi ödəyicilərindən vergilərin büdcəyə cəlb edilməsi zamani ödəyicilərə məlumatlar verilir. Ödənilən vergilər haqqında məlumat hər gün təhlil edilir.

   Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər  görülmüşdür. Qanunvericiliyə uyğun olaraq müvafiq İcra şöbəsinə göndərilməsi məqsədilə 470 ödəyici barədə qərar qəbul edilmişdir. İcra şöbələrinə 295 ödəyici barədə müraciət olunmuşdur. Bələdiyyə büdcəsinə həmin ödəyicilərdən 50931.21 manat vəsait daxil olmuşdur .

    Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

    Bələdiyyənin vergi bazası genişləndirilir.

    Hesabat dövründə BAMS proqramında qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 79591 nəfər olmuşdur, onlardan 8179 ödəyici qanunvericiliyin tələblərinə uyğun olaraq güzəşt hüququ olanlar, 71412 ödəyici isə vergiyə cəlb olunanlardır.

    Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 22568 manat, əmlak vergisi 566926 manat, mehmanxanalardan 112792 manat, avtodayanacaqlardan rüsum 2105 manat, torpaq icarəsindən 9497 manat, dotasiyadan 140000 manat, subvensiyadan 330000 manat, digər gəlirlərdən 15109 manat daxil olmuşdur.

   Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

   Yerli özünüidarə orqanlarının saxlanmasına 466406 manat xərclənmişdir, o cümlədən bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının  əmək haqqına 295106 manat, əmək haqqına üstəlik 105245 manat, digər xərclərə 66055 manat xərclənmişdir.

    Sosial Müdafiə, yardımlar və digər xərclər 609213 manat xərclənmişdir, o cümlədən onlardan yardımlara 75058 manat, abadlaşdırmaya 534155 manat xərclənmişdir.

   Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

   Məlum olduğu kimi yaşıllıqlar vaxt keçdikcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinləri yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016- cı il 321 № li Qərarına əsasən tədbirlər görülür.

   Xətai rayon Xətai bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

  Hal-hazırda hündürmərtəbəli çoxmənzilli binaların özəlləşmiş mənzilləri kodlaşdırılır, vergilər hesablanır. Bu səbəbdən 2023-cü ildə gəlirlərin artması gözlənilir.

    Xətai bələdiyyəsi mütəmadi olaraq rayon İcra Hakimiyyətinin sahə inzibati ərazi Dairə Nümayəndəlikləri ilə, MKTB-yi ilə, xidməti idarə və müəssisələrlə əlaqə saxlayır.

  Hesabat dövründə bələdiyyə sakinlərin bir sıra sosial, iqtisadi, ekoloji problemlərin həllinə nail olmuş, ərazidə xeyli abadlıq işləri görülmüşdür. Belə ki, rayonun NZS qəsəbəsəində evləri yanmış 2 ailəni himayəyə götürmüş, illərdir onların kirayə haqqlarını ödəməkdə davam edir.

   Sosial yönümlü tədbirlər hər il olduğu kimi 2023-cü  ilin 6 ayında da davam etdirilmişdir. Beləki, dövlət tərəfindən qəbul edilmiş bayramlarda bələdiyyənin inzibati ərazisində yaşayan 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərə sovqatlar təqdim edilib. Bayram günlərində 3 saylı uşaq evində məskunlaşmış valideyin himayəsindən məhrum uşaqların bayram şənliklərində iştirak edilib, onlara bayram sovqatları verilmişdir.

   Hesabat dövründə 2023-cü ilin yanvar ayında Xudu Məmmədov küçəsi 29 saylı binanın arxasında abadlıq işləri, fevral-mart aylarında bələdiyyənin inzibati ərazisində (X.Məmmədov küçəsi 21 və 29 saylı binaların həyəri, X.Məmmədov küçəsi 13, 15 və 29, 39-53, 170-172 saylı binaların arxası, X.Məmmədov küçəsi 27, 73-87 saylı binaların yan tərəfi) abadlıq işləri, mart-aprel ayları İ.Zülfüqarov küçəsi (M.Hadi) 103 və 109 saylı binaların arasında park salınmış iaşə obyekti quraşdırılmış, may-iyun aylarında bələdiyyənin inzibati ərazisində (Gəncə prospekti 61, 63, 65, 67 saylı binların arxasında abadlıq işləri görülmüşdür.

   Gənclərin Yerli özünüidarə etmədə rolları danılmazdır. Baxmayaraq ölkəmkizdə bu qurum 1999-cu ilin dekabr ayından fəaliyyət göstərir.

   Qısa dövr ərzində Xətai bələdiyyəsində də gənclərimiz yerli özünüidarə etmə sahəsində çalışaraq bu sahədə qanunları mənimsəyərək gerçək həyata tətbiq etməyə başlamışlar.

   Gənclərimiz o çümlədən qadınlarımız dekabr 2019-cu il bələdiyyə seçkilərində fəal iştirak etmiş və yerlərdə qələbə qazanmışdırlar. Gənclərimiz yerliözünü idarəetmə qurumlarında öz mübarizələrini davam etdirilər.

   Əhalinin sağlamlığının qorunması, eləcədə yerlərdə sanitar-epidemioloji vəziyyətin nəzarət altında saxlanılması üçün əməlli addımlar atılır. Xətai rayon Xətai bələdiyyəsində rayon rəhbərliyinin təşəbbüsü ilə yerlərdə gənclərimiz tədbirlərdə yaxından iştirak etmışlər və bu gün də bu işi davam etdirirlər. Bələdiyyədə gənclər və idman komissiyası fəaliyyət göstərir.

    Xətai bələdiyyəsi olaraq, rayon İcra Hakimiyyəti ilə birlikdə şəhid valideyinlərinə, ailələrinə həssaslıqla yanaşmağı özümüzə borc bilmişik. Onlara maddi və mənəvi dəstək olmağa çalışmışıq.

     Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

    Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlik zirvəsinə ucalanlar əbədi yaşayırlar.

    Əldə olunan uğurlarla yanaşı, bələdiyyədə bir sıra çatışmazlıq da mövcuddur ki, bunların da obyektiv və subyektiv səbəbləri vardır. Belə ki, bələdiyyənin yaranmasından 20 ildən çox müddət keçməsinə baxmayaraq bu günədək bələdiyyəyə məxsus torpaqların xəritəsi tərtib olunub verilməmişdir.

   Bələdiyyəyə ehtiyat torpaq fondu ayrılmamışdır. Bu isə əhalinin torpaq problemlərini həll edilməsinə imkan vermir.

     Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar vergilərin nağdsız şəkildə toplanmasını, könüllü olaraq bank və poçtlar vasitəsi ilə ödəmələri sakinlərə izah olunur və bu sahədə maarifləndirmə işinin aparılması davam etdirilir.

     Bələdiyyənin maliyyəsinin əsasını təşkil edən vergilərin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin problemlərinin imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürüldüyü inzibati binanın bələdiyyə mülkiyyətinə verilməsi, yaxud yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə iştirak edilməsi kimi məsələlər Xətai bələdiyyəsinin qarşıdakı dövr ərzində nəzərdə tutduqları işlərin tərkib hissəsidir.

    Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə, Xətai rayon İcra Hakimiyyəti ilə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq bələdiyyənin fəaliyyətinin səmərəli məcraya istiqamətləndirilməsi öz müsbət təsirini göstərir.

    Bütün bunları nəzərə alaraq Xətai bələdiyyəsi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

 

 

Xətai rayon Xətai bələdiyyəsinin

Sədri:                                                                                            E.V.Vəliyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər

Xətai bələdiyyəsində görüş keçirilib.
Bələdiyyə xəbərləri 26-07-2024
20 Yanvar Ümumxalq Hüzn Günü
Bələdiyyə xəbərləri 20-01-2024