Gözləyin...
Bələdiyyə xəbərləri 02-11-2026 47

Xətai Bələdiyyəsi “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında fəal iştirak edib

31 oktyabr 2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev,Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, şəhid ataları, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Tədbirdə Xətai Rayon Xətai Bələdiyyəsinin  əməkdaşları tam heyətlə iştirak edərək aksiyaya öz töhfələrini veriblər. Bələdiyyə kollektivinin bu ümumrayon təşəbbüsündə fəal iştirakı ətraf mühitin qorunmasına, şəhərimizin yaşıllıq sahələrinin genişləndirilməsinə və ictimai məsuliyyətin gücləndirilməsinə göstərilən diqqətin bariz nümunəsidir.

Aksiya rayonun “Gənclik” parkında və 8 Noyabr prospektində təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir çərçivəsində 1200 ədəd kiparis, Eldar şamı və evkalipt ağacı əkilib, ağaclar suvarılaraq onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının qorunması və ictimaiyyət arasında təbiətə qayğı hissinin təşviq edilməsidir.

Qeyd edək ki, Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin və kollektivin bu cür ictimai-ekoloji təşəbbüslərdə fəal iştirakı bələdiyyənin rayonun abadlaşdırılması, yaşıllıqların qorunması və sakinlər üçün daha sağlam, təmiz və gözəl yaşayış mühitinin yaradılması istiqamətindəki mövqeyini nümayiş etdirir.

Zəfər Günü ərəfəsində keçirilən bu aksiya həm də Vətən uğrunda qazanılmış tarixi Qələbənin quruculuq, inkişaf və gələcək nəsillərə yaşıl Azərbaycan mirası qoymaq kimi dəyərlərlə tamamlanmasının rəmzi ifadəsidir.



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər