Gözləyin...
Bələdiyyə xəbərləri 28-12-2024 58

Elşad Vəliyev: Xətai RİH-in təşəbbüsü ilə Xətai bələdiyyəsi daim şəhid ailələrinə hər bir işdə dəstək göstərilməsinə çalışır"

"Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir. Xətai RİH -in təşəbbüsü ilə Xətai bələdiyyəsi də daim şəhid adının hər zaman uca tutulmasına, ailələrinin sosial problemlərinin vaxtında həll olunmasına, hər bir işdə dəstək göstərilməsinə çalışır"- bu fikirləri Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Sədr bildirib ki, bələdiyyənin üzv və qulluqçuları  mütəmadi olaraq şəhid ailərinin evində olur, onların qayğıları ilə maraqlanır, vacib məslələrin aidiyyəti üzrə həll olunması üçün müvafiq köməklik göstərir.

 Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar gün ərzində rayon ərazisində yaşayan 110 şəhid ailəsi ziyarət olunaraq  hər birinə bayram sövqatı paylanılıb.

Bələdiyyənin  üzv və qulluqçularının iştirakı ilə keçirilən görüşlərdə  bir daha vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik.