0123344433
"Bu gün Xətai bələdiyyəsinin əsas vəzifəsi seçicilərinin xidmətindən dayanmaqdır"- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.
Sədr bildirib ki, bu gün seçicilərin asudə vaxtının təşkili ilə bağlı rayon ərazisində ciddi addımlar atılmaqdadır. Rayon ərazisində olan və əsaslı şəkildə təmir işləri aparılan park və meydanlar, habelə məhəllədaxili həyətlərdə çoxsaylı ağaclar əkilərək aqrotexniki qulluq göstərilməkdədir.
Bəzən yay aylarında isə bu ağaclara qulluq edərkən su çatışmazlığı ortaya çıxır və bu da öz növbəsində müəyyən problemlər yaratmaqdadır.
Odur ki, bələdiyyə iclasının qərarı ilə 20 tonluq su çəni olan avtomobil alaraq bu problemi həıll etmək niyyərindədir.
Ancaq bununla yanaşı avtomaşın hüquqi və fiziki şəxslərə pullu xidmət göstərə biləcək. Bələdiyyə çalışacaq ki, avtomaşın bu cür xidmət göstərməklə öz xərcini ödəsin və bələdiyyəyə əlavə gəlir gətirsin.
Sədr bildirib ki, bütün hallarda bizim məqsədimiz xalqa layiqli xidmət göstərməkdir və bunun üçün də var qüvvəmizlə çalışırıq.