Gözləyin...
Bələdiyyə xəbərləri 06-09-2026 187

Azərbaycan-Türkiyə Qardaşlığının Tarsus İmzası Xətai Rayonu Xətai Bələdiyyəsi ilə Tarsus Bələdiyyəsi arasında sönməyən dostluq

Azərbaycan-Türkiyə Qardaşlığının Tarsus İmzası
Xətai Rayonu Xətai Bələdiyyəsi ilə Tarsus Bələdiyyəsi arasında sönməyən dostluq
Azarbaycan və Türkiyə arasındakı "Bir millət, iki dövlət" fəlsəfəsi təkcə qlobal strateji tərəfdaşlıq layihələrində deyil, həm də yerli özünüidarəetmə orqanları arasında qurulan sarsılmaz dostluq və əmakdaşlıq əlaqələrində özünü bariz şəkildə göstərir. Bu qardaşlığın parlaq nümunələrindən biri 31.08.2007-ci ildən əsası qoyulan Bakı şəhari Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Xətai Rayonu Xatai Bələdiyyəsinin iştirakı ilə "Qardaşlaşmış şəhər" lahiyyəsi çərçivəsində Türkiyənin Mersin şəhərinin Tarsus Bələdiyyəsi ilə qurulan rəsmi əməkdaşlıq və qardaşlıq münasibətləridir.
Xətai Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi və təşəbbüsü ilə başlayan bu əlaqələr ötən illər ərzində inkişaf edərək səmimi dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinə çevrilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin türk dünyasının birliyi, dirçəlişi və həmrəyliyi naminə göstərdiyi misilsiz xidmətlər bu gün qardaş türk dövlətləri tərəfindən böyük ehtiramla qiymətləndirilir. Ulu Öndərin türk dövlətləri arasında yaratdığı möhkəm mənəvi və siyasi bağlar onun irsinin bu gün də ortaq dəyər kimi yaşadılmasına xidmət edir.

Türkiyədə Heydər Əliyevin xatirəsinə göstərilən xüsusi ehtiram iki qardaş ölkə arasındakı sarsılmaz münasibətlərin bariz ifadəsidir, Bu ehtiramın Tarsusdakı mühüm nümunələrindən biri Berdan çayı üzərində salınan körpüyə Heydər Əliyevin adının verilməsidir. Bu addım Ulu Öndərin əziz xatirəsinə Türkiyə torpağında göstərilən dərin hörmətin və qədirbilənliyin əbədi rəmzinə çevrilmişdir.
Mövcud aməkdaşlığın davamı olaraq körpü ilə Tarsusun məşhur şəlaləsi arasındakı 2,5 hektarlıq ərazidə Heydər Əliyev adına xüsusi park kompleksi yaradılmış, ərazidə geniş abadlıq və bərpa işləri həyata keçirilmiş, Ulu Öndərin əzəmətli abidəsi ucaldılmışdır. Park zamanla yalnız istirahət məkanı deyil, Tarsus sakinləri və burada yaşayan azərbaycanlılar üçün doğma və mənəvi əhəmiyyət daşıyan bir makana çevrilmişdir.
Parkın ərazisində söhbətgahlar, oturacaqlar və sakinlərin istifadəsi üçün informasiya məqsədli monitor quraşdırılmışdır. Bununla yanaşı, parkın müasir, rahat və funksional ictimai məkan kimi qorunması va inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xətai Rayonu Xətai Bələdiyyəsinin iştirakı ilə Heydər Əliyev adına parkda Ulu Öndərin doğum günü və anım günlərinə həsr olunan müxtəlif rəsmi tədbirlər mütəmadi olaraq təşkil edilir. Şəhər mərkəzində yerləşən abidə və park kompleksi iki qardaş bələdiyyənin ortaq dəyərlərinin mühüm rəmzlərindən birinə çevrilmişdir.
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev Xətai və Tarsus bələdiyyələri arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Bu münasibətlər qarşılıqlı olaraq gələcəkdədə davam etdiriləcəkdir.







Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Xətai rayonunda muğam axşamı
Bələdiyyə xəbərləri 27-08-2026