0123344433
Xətai Rayon Bələdiyyəsində fəaliyyətin daha səmərəli təşkili, vergi və ödənişlər üzrə işlərin operativ aparılması, həmçinin vergi ödəyicilərinin uçot-qeydiyyat işlərinin təkmilləşdirilməsi məqsədilə yeni struktur dəyişiklikləri həyata keçirilib.
Məsələ Bələdiyyə üzvlərinin ümumi iclasında müzakirəyə çıxarılıb. İclas zamanı Bələdiyyənin strukturunda dəyişikliklərin edilməsi və Bələdiyyə Vergi Xidməti orqanının yaradılması ilə bağlı məsələ nəzərdən keçirilib və müvafiq qərar qəbul edilib.
Qəbul edilmiş qərara əsasən, Bələdiyyə Vergi Xidməti orqanında yeni vəzifə təyinatları həyata keçirilib:
Bələdiyyə Vergi Xidməti orqanının rəisi - Nabatəliyev Elşən
Vergilər sektorunun müdiri - Həmidov Həmid
Ödənişlər sektorunun müdiri - Sayadov Natiq
Uçot-qeydiyyatı sektorunun müdiri - Əfəndiyeva Təranə
Yeni strukturun yaradılması vergi ödəyicilərinin uçotunun daha düzgün aparılması, vergilər və ödənişlər üzrə işlərin sistemli təşkili, uçot-qeydiyyat proseslərinin təkmilləşdirilməsi və ödəyicilərlə əlaqələrin daha operativ qurulmasına xidmət edəcək.
Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib ki, həyata keçirilən struktur dəyişikliklərinin əsas məqsədi iş prosesinin daha düzgün qurulması və Bələdiyyənin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.
Yeni strukturla vergi, ödəniş və uçot-qeydiyyatı istiqamətləri üzrə iş bölgüsünün dəqiqləşdirilməsi, hər bir sahə üzrə məsuliyyətin artırılması və vətəndaşlara göstərilən xidmətlərin daha operativ təşkili üçün imkanlar genişlənir.
Qeyd edək ki, Bələdiyyə Vergi Xidməti orqanının yaradılması ilə bağlı qərarın qəbul edilməsi Xətai Rayon Bələdiyyəsinin fəaliyyətinin təkmilləşdirilməsi və yeni idarəetmə strukturunun formalaşdırılması istiqamətində atılan mühüm addımlardandır.
Xətai rayon Bələdiyyəsi