0123344433
Hazırda məhkəmənin icraatında olan mülki iş üzrə Xətai rayon Xətai Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur.
Məhkəmə və icra orqanlarının müraciəti əsasında bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti əraziyə baxış keçirilmiş, mövcud vəziyyət yerində araşdırılmış və faktiki hal barədə müvafiq akt tərtib edilərək aidiyyəti üzrə təqdim edilmişdir.
Qeyd edək ki, hazırda məhkəmə prosesi davam edir və iş üzrə yekun qərar qəbul edilməmişdir. Xətai rayon Xətai Bələdiyyəsi bu işdə yalnız məhkəmənin müəyyən etdiyi prosessual status çərçivəsində iştirak edir və hər hansı mübahisəli hüquq münasibətinin tərəfi deyil.
Bələdiyyə bundan sonra da məhkəmənin və digər səlahiyyətli dövlət orqanlarının qanuni sorğularına uyğun olaraq yalnız qanunvericiliyin tələbləri çərçivəsində zəruri məlumat və sənədlərin təqdim edilməsini təmin edəcəkdir. Bu səbəbdən davam edən məhkəmə araşdırmasının nəticələri barədə yekun hüquqi qiymətləndirmə yalnız məhkəmənin qəbul edəcəyi yekun qərardan sonra mümkün olacaqdır.
Xətai rayon Xətai Bələdiyyəsi