Gözləyin...
Bələdiyyə xəbərləri 30-07-2026 671

Elşad Vəliyev: “Küləyin törətdiyi fəsadların operativ aradan qaldırılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi Xətai Bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindəndir”

Xətai rayonu ərazisində müşahidə olunan güclü külək nəticəsində bir sıra ərazilərdə səki tipli hasarların çökməsi və dağılması, iri gövdəli ağacların aşması, budaqların qırılması, eləcə də ümumi istifadədə olan ərazilərdə müxtəlif təhlükəli vəziyyətlərin yaranması qeydə alınmışdır. Yaranmış vəziyyət piyadaların və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratmaqla yanaşı, əhalinin təhlükəsizliyi baxımından təxirəsalınmaz tədbirlərin görülməsini zəruri etmişdir.

Bu barədə Xətai rayon Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev məlumat verib.

Sədr bildirib ki, güclü küləyin yaratdığı fəsadların operativ şəkildə aradan qaldırılması məqsədilə Xətai Bələdiyyəsi tərəfindən dərhal tədbirlər planı icra olunmuş, bələdiyyənin aidiyyəti əməkdaşları və texniki heyəti hadisələrin baş verdiyi ərazilərə cəlb edilmişdir. Aparılmış baxışlar nəticəsində külək səbəbindən aşmış ağaclar, qırılmış budaqlar, çökmüş səki tipli hasarlar və digər təhlükə yaradan maneələr xüsusi texnikalar vasitəsilə qısa müddətdə ərazilərdən götürülmüş, küçələr, səkilər, həyətlər və ümumi istifadədə olan sahələr təhlükəsiz vəziyyətə gətirilmişdir.

Elşad Vəliyev qeyd edib ki, Xətai Bələdiyyəsi rayon ərazisində yaranan fövqəladə xarakterli hallara operativ reaksiya verməyi, əhalinin təhlükəsizliyinin təmin olunmasını və abadlıq işlərinin fasiləsiz davam etdirilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə hava şəraitindən asılı olaraq mütəmadi monitorinqlər aparılır, təhlükə yarada biləcək ağaclar, hasarlar və digər infrastruktur elementləri nəzarətdə saxlanılır, zəruri hallarda qabaqlayıcı tədbirlər həyata keçirilir.

Sədr vurğulayıb ki, Xətai rayonunda sakinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bələdiyyə bundan sonra da aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində operativ fəaliyyətini davam etdirəcək, güclü külək və digər təbii hadisələr nəticəsində yaranan problemlərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görüləcəkdir.

Xətai rayon Xətai Bələdiyyəsi bu cür hallarda rayon sakinlərinin təhlükəsizliyinin təmin olunmasını və ictimai ərazilərdə normal şəraitin bərpasını özünün prioritet fəaliyyət istiqamətlərindən biri kimi davam etdirir.

Xətai rayon Xətai Bələdiyyəsi

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Xətai rayonunda muğam axşamı
Bələdiyyə xəbərləri 27-08-2026