Gözləyin...
Bələdiyyə xəbərləri 16-07-2026 524

Xətai Rayon Bələdiyyəsinin təşəbbüsü ilə növbəti genişmiqyaslı dezinfeksiya tədbirləri həyata keçirilib

Xətai Rayon Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, bit, birə və digər zərərverici həşəratların yayılmasının qarşısının alınması məqsədilə növbəti profilaktik dezinfeksiya tədbirləri həyata keçirilib.

Bələdiyyəyə daxil olan müraciətlər və aparılan monitorinqlər əsasında antisanitar vəziyyət müşahidə edilən yaşayış binalarında xüsusi dezinfeksiya işləri görülüb. Tədbirlər çərçivəsində Telnov küçəsi 10, M. Rüstəmov küçəsi 15, Telnov küçəsi 8, M. Rüstəmov küçəsi 21, Telnov küçələri 16, 18 və 18A, Sarayevo küçəsi 38, Sarayevo küçəsi 34, Xudu Məmmədov 2,4.4A 31 və 33,küçələri  Məhəmməd Hadi küçəsi 58 ünvanlarında yaşayış binalarının girişləri, zirzəmiləri və ümumi istifadə sahələri xüsusi preparatlarla dezinfeksiya olunaraq bit, birə və digər zərərverici həşəratlara qarşı profilaktik tədbirlər həyata keçirilib.

Görülən işlər nəticəsində qeyd olunan ünvanlarda sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, infeksiya və zərərvericilərin yayılma riskinin minimuma endirilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Bu cür tədbirlər sakinlərin sağlamlığının qorunmasına, yaşayış mühitinin daha təhlükəsiz və komfortlu olmasına xidmət edir.

Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev rayon sakinlərinin rifahının yüksəldilməsi, sağlam yaşayış mühitinin təmin olunması və sanitariya sahəsində operativ tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Onun rəhbərliyi ilə həyata keçirilən abadlıq, təmizlik və dezinfeksiya işləri vətəndaş müraciətlərinə həssas yanaşmanın və insanların sağlamlığına verilən önəmin bariz nümunəsidir.

Xətai Rayon Bələdiyyəsi gələcəkdə də rayonun müxtəlif ərazilərində sanitariya və dezinfeksiya tədbirlərini ardıcıl şəkildə davam etdirərək sakinlərin sağlamlığının qorunması və ekoloji cəhətdən təhlükəsiz yaşayış mühitinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Xətai Bələdiiyəsi






Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər