Gözləyin...
Bələdiyyə xəbərləri 13-07-2026 24

Xətai rayonunda abadlıq və şəhidlərimizin xatirəsinə ehtiram nümunəsi

Xətai rayon Bələdiyyəsi tərəfindən rayon ərazisində abadlıq, təmizlik və yaşıllaşdırma tədbirləri davam etdirilir. Bu istiqamətdə növbəti işlər Polad Həşimov küçəsində həyata keçirilib. Ərazidə təmizlik, gülləndirmə və suvarma işləri görülərək sakinlər üçün daha səliqəli və rahat mühit yaradılıb.

Aparılan tədbirlər çərçivəsində şəhidlərimizin büstlərinə xüsusi diqqət göstərilib. Şəhidlərin əziz xatirəsinin daim uca tutulması məqsədilə büstlərin ətrafında təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib, güllər yenilənib və suvarma işləri həyata keçirilib. Bu addımlar xalqımızın qəhrəman övladlarına olan sonsuz ehtiramının və hörmətinin bariz nümunəsidir.

Xətai rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin rəhbərliyi ilə həyata keçirilən bu cür tədbirlərdə əsas məqsədlərdən biri rayonun abad görünüşünün təmin edilməsi, sakinlərin rahatlığının artırılması və xüsusi həssas qruplara diqqət və qayğının göstərilməsidir.

Elşad Vəliyevin fəaliyyətində şəhid ailələrinə, veteranlara və sosial qayğıya ehtiyacı olan şəxslərə xüsusi yanaşma diqqət çəkir. Şəhidlərimizin xatirəsinə göstərilən ehtiram, onların adlarının əbədiləşdirilməsi və ətraf mühitin daim qorunması istiqamətində görülən işlər cəmiyyətimizdə mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Xətai Bələdiyyəsinin həyata keçirdiyi abadlıq tədbirləri rayonun müxtəlif ərazilərində olduğu kimi, Polad Həşimov küçəsində də insanların daha rahat, təmiz və abad şəraitdə yaşamasına töhfə verir. Bu istiqamətdə görülən işlər “Abad həyat” prinsiplərinə uyğun olaraq sakinlərin rifahına və şəhər mühitinin daha da gözəlləşməsinə xidmət edir.



Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər