0123344433
“Xətai bələdiyyəsi olaraq rayon icra hakimiyyətinin təşəbbüsü ilə yeni bir layihənin icrasına başlamışıq”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə iclasında qəbul edilmiş xüsusi proqarama əsasən rayonun Məzahir Rüstəmov küçəsi 21 ünvanında olan yaşıllıq zolağında əsaslı təmir-bərpa işlərinə başlanılıb.
Əvvəlki illərdə bələdiyyə tərəfindən düzəldilmiş söhbətgahlar təmir edilir, piyada zolaqlarına tamet daşlar düzülür, o cümlədən ağaclarda səliqə-səhman yaradılır. Bununla yanaşı layihəyə əsasən yaşıllıq zolağında gül kolları və müxtəlif cinsli ağacların əkilməsi də planlaşdırılır.
Bələdiyyə iclasının qərarıyla həyata keçirilən layihənin tezliklə başa çatdırılması nəzərdə tutulur. Sədr sonda bildirib ki, Xətai bələdiyyəsi olaraq əsas məqsədimiz sakinlərin məmnunluğunu təmin etməkdir. Həyata keçirdiyimiz layihələrdə məhz bu məqsədə xidmət edir.