Gözləyin...
Bələdiyyə xəbərləri 20-09-2023 1176

Elşad Vəliyev: “Xətai bələdiyyəsi şəhidlərin xatirəsinin ədəbiləşdirilməsi ictiqamətində daim ciddi addımlar atır”

“Xətai bələdiyyəsi şəhidlərin xatirəsinin  ədəbiləşdirilməsi ictiqamətində daim ciddi addımlar atır. Sarayevo küçəsi 13 ünvanında da həyata keçirilən layihə məhz I Qarabağ müharibəsi zamanı şəhid olmuş  Mehman Yaraəliyevə həsr olunmuş xatirə lövhəsinin əsaslı təmiri ilə başlayıb. Şəhidin xatirə lövhəsi yenilənəcək, habelə ətrafı abadlaşdırılacaqdır.”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.

Sədrin sözlərinə görə, son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərinin müxtəlif güşələrində geniş abadlıq-quruculuq işləri aparılır, yeni yaşıllıq zolaqları salınır, məhəllədaxili asfalt yolları təzələnir.  Azərbaycan Prezidentinin bu təşəbbüsünə bələdiyyəlrə öz töhfəsini verməkdədir.

Xətai RİH-in təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə üç söhbətgahın və əlavə müasir üslübda  oturacaqların qoyulması həyata keçiriləcəkdir. Bununla yanaşı bir hektardan artıq olan ərazidə əsaslı təmir işlərinə start verilib. Bu günədək ərazidə onlarca “Eldar şamı” və gül kolları əklimiş, xeyli ölçüdə qazon örtüyü  salınmışdır. Məhəllədə olan qanunsuz quraşdırılan dəmir qarajlar sökülərək, yerində uşaq-idman qurğularının quraşdırılmasına başlanılıb, ərazidə yeni tamet üzlüklü səkilər salınmışdır. Həyata keçirilən layihədə məhəllədaxili yolların genişləndirilməsi və sakinlərin avtomobilləri üçün dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur.

Sədr qeyd edib ki, layihə əsasında yuxarıda göstərilən ünvanda çoxmənzilli binaların fasadları və giriş hissələri tam təmir olunması, məhəllənin  tamamilə işıqlandırılması, həyətin içindən keçən maşın yolları və bütün məhəllənin köhnə asfalt hissəsi təzələnməsi planlaşdırılır. Məhəllədə aparılan bütün bu dəyişiklər məhəllə sakinlərinin, həm uşaqların, həm də yaşlı nəsli çox sevindirəcəyinə və vətəndaş məmnunluğu yaradacağına əminik.
Yaxın günlərdə həm şəhidin xatirə lövhəsinin, həm də abad məhəllənin açılışı keçiriləcəkdir.


Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai Rayonu Xətai Bələdiyyəsinin sədri


Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində anadan olmuşdur.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuş, 1999-cu ildə həmin ali təhsil müəssisəsini iqtisad ixtisası üzrə bitirmişdir. Təhsilini davam etdirərək 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş, 2006-cı ildə həmin akademiyanı müvəffəqiyyətlə başa vurmuşdur.
Əmək fəaliyyətinə 22 may 2001-ci il tarixində Yasamal Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində başlamışdır. Peşəkar fəaliyyəti və məsuliyyətli xidməti nəzərə alınaraq 15 fevral 2002-ci il tarixində həmin qurumda baş müfəttiş vəzifəsinə təyin edilmişdir.
03 may 2007-ci il tarixindən etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Dərəcəli Şəxslərlə İş Departamentində baş məsləhətçi vəzifəsində çalışmış, sosial müdafiə sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
01 may 2017-ci il tarixindən 12 sentyabr 2019-cu il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmiş, vətəndaşlara göstərilən sosial xidmətlərin təşkili və idarə olunmasında yaxından iştirak etmişdir.
23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərində Xətai Bələdiyyəsinin üzvü seçilmişdir. 15 yanvar 2020-ci il tarixində keçirilmiş bələdiyyə iclasının qərarı ilə Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyənin ilk iclasında yenidən Xətai Bələdiyyəsinin sədri seçilərək ikinci dəfə bu vəzifəyə etimad göstərilmişdir.
Sədr kimi fəaliyyəti dövründə Xətai rayonunda abadlıq və quruculuq işlərinin genişləndirilməsi, park və yaşıllıq sahələrinin salınması, məhəllələrin abadlaşdırılması,  xidmətlərin təkmilləşdirilməsi, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə bələdiyyədə vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin tətbiqi və yerli özünüidarəetmə institutunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür.

Vəliyev Elşad Vilayət oğlu Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
Ailəlidir, bir övladı var. 

Son Xəbərlər

Park Azure-da növbəti görüş keçirildi
Bələdiyyə xəbərləri 04-08-2026