0123344433
“Xətai bələdiyyəsi şəhidlərin xatirəsinin ədəbiləşdirilməsi ictiqamətində daim ciddi addımlar atır. Sarayevo küçəsi 13 ünvanında da həyata keçirilən layihə məhz I Qarabağ müharibəsi zamanı şəhid olmuş Mehman Yaraəliyevə həsr olunmuş xatirə lövhəsinin əsaslı təmiri ilə başlayıb. Şəhidin xatirə lövhəsi yenilənəcək, habelə ətrafı abadlaşdırılacaqdır.”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.
Sədrin sözlərinə görə, son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərinin müxtəlif güşələrində geniş abadlıq-quruculuq işləri aparılır, yeni yaşıllıq zolaqları salınır, məhəllədaxili asfalt yolları təzələnir. Azərbaycan Prezidentinin bu təşəbbüsünə bələdiyyəlrə öz töhfəsini verməkdədir.
Xətai RİH-in təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə üç söhbətgahın və əlavə müasir üslübda oturacaqların qoyulması həyata keçiriləcəkdir. Bununla yanaşı bir hektardan artıq olan ərazidə əsaslı təmir işlərinə start verilib. Bu günədək ərazidə onlarca “Eldar şamı” və gül kolları əklimiş, xeyli ölçüdə qazon örtüyü salınmışdır. Məhəllədə olan qanunsuz quraşdırılan dəmir qarajlar sökülərək, yerində uşaq-idman qurğularının quraşdırılmasına başlanılıb, ərazidə yeni tamet üzlüklü səkilər salınmışdır. Həyata keçirilən layihədə məhəllədaxili yolların genişləndirilməsi və sakinlərin avtomobilləri üçün dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur.
Sədr qeyd edib ki, layihə əsasında yuxarıda göstərilən ünvanda çoxmənzilli binaların fasadları və giriş hissələri tam təmir olunması, məhəllənin tamamilə işıqlandırılması, həyətin içindən keçən maşın yolları və bütün məhəllənin köhnə asfalt hissəsi təzələnməsi planlaşdırılır. Məhəllədə aparılan bütün bu dəyişiklər məhəllə sakinlərinin, həm uşaqların, həm də yaşlı nəsli çox sevindirəcəyinə və vətəndaş məmnunluğu yaradacağına əminik.
Yaxın günlərdə həm şəhidin xatirə lövhəsinin, həm də abad məhəllənin açılışı keçiriləcəkdir.