Gözləyin...
Bələdiyyə xəbərləri 31-07-2023 331

Bələdiyyə sədri: "Xətai Rayon İcra Hakimiyyəti ilə birlikdə şəhid və qazi ailələrinə həssaslıqla yanaşmağı özümüzə borc bilirik"

"Xətai bələdiyyəsi olaraq  rayon İcra Hakimiyyəti ilə birlikdə şəhid  və qazi ailələrinə həssaslıqla yanaşmağı özümüzə borc bilirik"- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bidlirb.
Sədr bildirib ki, cari ilin altı ayı ərzində  həssas qrupa aid insanalra  maddi və mənəvi dəstək olmağa çalışmışıq. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlik zirvəsinə ucalanlar əbədi yaşayırlar.

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər

20 Yanvar Ümumxalq Hüzn Günü
Bələdiyyə xəbərləri 20-01-2024