0123344433
"Xətai bələdiyyəsi olaraq rayon İcra Hakimiyyəti ilə birlikdə şəhid və qazi ailələrinə həssaslıqla yanaşmağı özümüzə borc bilirik"- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bidlirb.
Sədr bildirib ki, cari ilin altı ayı ərzində həssas qrupa aid insanalra maddi və mənəvi dəstək olmağa çalışmışıq. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlik zirvəsinə ucalanlar əbədi yaşayırlar.