Gözləyin...
Bələdiyyə xəbərləri 29-07-2026 218

Xətai Rayon Bələdiyyəsi yaşıllıqların bərpası və artırılması istiqamətində növbəti ağacəkmə aksiyası həyata keçirib


Xətai rayonu ərazisində son günlər müşahidə olunan kəskin hava şəraiti və güclü küləyin təsiri nəticəsində rayonun müxtəlif ərazilərində bir sıra ağacların aşması və ya zədələnməsi halları qeydə alınmışdır. Təbii hadisənin yaşıllıq fonduna vurduğu təsirlərin aradan qaldırılması və ekoloji tarazlığın qorunması məqsədilə Xətai Rayon Bələdiyyəsi tərəfindən genişmiqyaslı ağacəkmə tədbirlərinə başlanılmışdır.


Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin tapşırıqları ilə həyata keçirilən tədbirlər çərçivəsində rayonun müxtəlif küçə və prospektlərində, park və istirahət məkanlarında, məhəllədaxili ərazilərdə və digər ümumi istifadədə olan sahələrdə çoxsaylı yeni ağaclar əkilmişdir. Əkilən tinglər ərazinin ekoloji xüsusiyyətlərinə uyğun seçilmiş, onların uzunömürlü və sağlam inkişafını təmin etmək məqsədilə aqrotexniki qaydalara riayət olunmuşdur.


Ağacəkmə aksiyasının əsas məqsədi güclü küləyin təsiri nəticəsində zədələnmiş yaşıllıq fondunun bərpası, rayonun ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması, atmosfer havasının keyfiyyətinin yüksəldilməsi və gələcək nəsillər üçün sağlam ətraf mühitin formalaşdırılmasına töhfə verməkdir.


Bununla yanaşı, əkilən ərazilərdə şam ağacları əkilmiş, həmçinin əsaslı təmizlik işləri görülmüş, ərazilər tullantılardan və quru budaqlardan təmizlənmişdir. Bu tədbirlər yaşıllıq sahələrinin daha səliqəli və baxımlı vəziyyətə gətirilməsinə xidmət etmişdir.


Bələdiyyə əməkdaşları tərəfindən əkilən ağacların mütəmadi suvarılması, diblərinin yumşaldılması, budanması və zərərvericilərə qarşı mühafizəsi istiqamətində də davamlı qulluq tədbirləri həyata keçiriləcəkdir. Bununla yanaşı, yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi məqsədilə rayon ərazisində monitorinqlər aparılacaq, ehtiyac yaranan ərazilərdə yeni ağacəkmə aksiyaları davam etdiriləcəkdir.


Xətai Rayon Bələdiyyəsi hesab edir ki, yaşıllıqların qorunması və artırılması hər bir vətəndaşın sağlam həyat mühitində yaşamasına xidmət edən mühüm amillərdən biridir. Bu baxımdan bələdiyyə ekoloji layihələrin icrasını və abadlıq tədbirlərini gələcəkdə də ardıcıl şəkildə davam etdirəcəkdir.


Xətai Rayon Bələdiyyəsi bundan sonra da rayonun abadlaşdırılması, yaşıllıq fondunun zənginləşdirilməsi və sakinlərin daha sağlam, təhlükəsiz və komfortlu mühitdə yaşaması naminə fəaliyyətini davam etdirəcək, ölkə Prezidenti cənab İlham Əliyevin ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması istiqamətində müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq bu sahədə həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə davam edəcəkdir.


Xətai Rayon Xətai Bələdiyyəsi

Oxşar Xəbərlər

Bələdiyyə sədri

Vəliyev Elşad Vilayət oğlu
Xətai bələdiyyəsinin sədri

Mən, Vəliyev Elşad Vilayət oğlu 11 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayon Xanağa kəndində anadan olmuşam.
1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinə qəbul olmuş, 1999-cu ildə həmin universiteti bitirmişəm. 2003-cü ildə Dövlət İdarəetmə Akademiyasına qəbul olmuş, 2006-cı ildə həmin akademiyanı bitirmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Rus və ingilis dillərini bilirəm.
Ailəliyəm. Bir övladım var.
22.05.2001-ci ildə Yasamal rayon ƏSMM-də müfəttiş vəzifəsində işə başlamışam . 15.02.2002-ci ildə Yasamal rayon ƏSMM-də Baş müfəttiş vəzifəsinə keçirilmişəm. 03.05.2007-ci ildə Dövlət Sosial Müdafiyə Fondu Hərbi qulluqçular və Xüsusi Dərəcəli şəxslərlə iş departamentində Baş məsləhətçi vəzifəsində çalışmışam.
01.05.2017-ci ildən 12.09.2019-cu ilədək Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində Baş məsləhətçi vəzifəsində çalışmışam.
23.12.2019-cu il tarixindən Xətai rayon Xətai Bələdiyyəsində Bələdiyyə üzvü seçilmişəm.
15.01.2020-ci il tarixindən Xətai rayon Xətai Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm.

Son Xəbərlər