Gözləyin...
Bələdiyyə xəbərləri 25-07-2024 97

Elşad Vəliyev: “Ölkəmizin ərazi bütovlüyü uğrunda canından keçən oğulların xatirəsi Xətai rayonunda daim əziz tutulur”

“Xətai RİH təşəbbüsü və Xətai Bələdiyyəsinin  təşkilatçılığı ilə rayon ərazisində növbəti layihəyə start verilib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.

Sədrin sözlərinə görə, hazırda Neapol küşəsi 16 ünvanında yerləşən yaşıllıq zolağında   2023-cü ildə Qarabağda keçirilmiş antiterror əməliyyatında şəhid olan Sahib Daşdəmirova həsr olunan xatirə kompleksinin quraşdırılması üçün hazırlıq işləri gedir. Şəhidin yaşadığı binaya yaxın ərazidə abadıq işləri aparılmaqla, həm də ətrafda geniş yaşıllıq zolağı yaradılacaqdır. 

Sədrin sözlərinə görə, bu gün ərazidə təmizlik işləri aparılır, kommunikasiya xəttləri yenilənir və  abidənin bünüvrəsi isə artıq qoyulub. Ərazidə həmçinin abadlıq işləri aparılmaqdadır. 

Sədr qeyd edib ki, rayon sakin olan şəhid və  qazi ailələriylə mütəmadi olaraq görüşlər keçirilr. Bir müddət əvvvəl  Xətai RİH-in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkialtçılığı ilə Vətən müharibəsi Qəhrəmanı, şəhid Həsənov  Ceyhun Aydın oğlunun 48 saylı məktəbin həyətində büstü və  Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə  isə İlqar Mirzəyevin büstü qoyulmuş və ətrafı abadlaşdırılmışdır. Adıgedən layihə bu sırada olan növbəti layihədir. Layihə yaxın günlərdə başa çatdırılacaqdır.

Elşad Vəliyev bildirib ki, ölkəmizin ərazi bütovlüyü uğrunda canından keçən oğulların xatirəsi, hər yerdə olduğu kimi, Xətai rayonunda da daim yad edilir, xatirələri ədəbiləşdirilərək  əziz tutulur.

Xatırladaq ki,  Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Sahib Daşdərimov ərazi bütovlüyümüzün bərpasıyla bağlı keçirilən əməliyyatlarda göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra  "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Sahib Daşdərimov II Şəhidlər Xiyabanda dəfn edilib.