0123344433
Xətai rayonunda Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Musayev Sədi Süleyman oğlunun xatirə lövhəsinin açılış mərasimi olub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər şəhidin şücaətindən söz açıb, onun döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.
Çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir
əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər
göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını
vurğulayıblar.